Yəmən Ənsarullah Hərəkatı ABŞ-ın hücumları səbəbindən Qırmızı dənizdə böyük neft sızıntısı barədə xəbərdarlıq edib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən,
Yəmənin Ənsarullah hərəkatı bu gün (27 aprel) ABŞ-ın Yəmənin qərbindəki Hudeyda əyalətindəki Ras İsa neft limanına son hücumlarından sonra Qırmızı dənizdə böyük neft sızıntısı olduğunu açıqlayıb. Belə ki, Amerika döyüş təyyarələrinin Yəmənə hücumları təkcə evləri dağıdıb və Yəmən xalqına əziyyət verməklə yanaşı, dəniz ekosistemini də məhv edib.
Yəmənin xarici işlər naziri Camal Amer BMT-nin baş katibi Antonio Quterreş də daxil olmaqla, BMT rəsmilərinə yazdığı məktubda deyib: ABŞ-ın hücumları Yəmənin Rəəs İsa limanının infrastrukturunu məhv edib və daha təhlükəlisi bu hücumun dəniz ekoloji fəlakətinə səbəb olub. Belə ki, geniş miqdarda neft törəmələrinin Qırmızı dənizə və ona bitişik ərazilərə axır.
Yəmənin xarici işlər naziri xəbərdarlıq edib ki, sızıntı mərcan rifləri və balıqların törəmə məkanları da daxil olmaqla kövrək dəniz ekosistemlərini təhdid edir, regionun unikal biomüxtəlifliyini məhv edir və gündəlik həyatı dənizdən asılı olan minlərlə vətəndaşın, xüsusilə də balıqçılıq sektorunun dolanışıq vasitələrini məhv edir.
Məktubda ABŞ hökumətinin Rəəs İsa limanında hərbi cinayətlərin törədilməsinə və onun fəlakətli nəticələrinə görə tam məsuliyyət daşıdığı da qeyd edilir.
Vaşinqton isə hələlik buna cavab verməyib.