Bir neçə gün əvvəl sionist rejim hərbçilərinin Qəzzədə yaşadığı mənzilə hücumundan sonra yaralanmış Yəhya Sinvarın qardaşı Zəkəriyya Sinvar şəhid olub.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Fələstin informasiya qaynaqları bu gün (22 may) Həmas Hərəkatı siyasi bürosunun baş katibi şəhid Yəhya Sinvarın qardaşı Zəkəriyya Sinvarın da şəhid olduğundan xəbər veriblər.
Məlumata görə, sionist rejim bir neçə gün əvvəl Zəkəriyya Sinvarın Qəzzədə yaşadığı mənzilə hücum etdikdən sonra o, şiddətli yaralanmışdı və vəziyyətinin ağır olduğu üçün onu xilas etmək mümkün olmayıb.
Bəzi qaynaqlar bu hücumda Zəkəriyya Sinvarın 3 övladı da şəhid olub.
Qeyd edək ki, Zəkəriyya Sinvar Qəzzə İslam Universiteti tarix fakültəsinin dosenti idi və Fələstin tarixində elmi-tədqiqat sahəsində çoxlu xidmətləri var.