QafqazTimes.com Azertag-a istinadən xəbər verir: Dünyada yəhudilərin maraqlarını müdafiə edən ABŞ American Jewish Committee təşkilatının başçısı Devid Harris Bakıdadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Devid Harris Amerika Yəhudi Komitəsinin ölkəmizlə əməkdaşlıqdan məmnun olduğunu bildirib.
Söhbət zamanı hazırda regionda yaranan yeni geosiyasi vəziyyət, Azərbaycanın dünyada və regionda artan nüfuzu, həmçinin qarşılıqlı maraq doğuran bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Devid Harris səfər çərçivəsində Bakıda keçirdiyi məhsuldar görüşlər, o cümlədən yəhudi icması ilə keçirdiyi görüşlər barədə dövlətimizin başçısına məlumat verdi.