Washington Post Qəzza müharibəsi başlayandan bəri Google-in İsraillə əməkdaşlığını ifşa edib
Washington Post qəzeti Qəzza müharibəsinin başlamasından bir neçə həftə sonra Google-in rəqibi Amazonu geridə qoymaq üçün İsrail Müdafiə Nazirliyinə özünün qabaqcıl süni intellekt texnologiyasını təqdim etməyə tələsdiyini bildirib.
Sızdırılan sənədlərə əsasən, HƏMAS və İsrail arasında münaqişənin başlamasından bir neçə həftə sonra Google-in bulud hesablamalar departamentinin əməkdaşı İsrail Müdafiə Nazirliyinə şirkətin süni intellekt texnologiyasına geniş giriş əldə etmək üçün təkliflər göndərməyə başlayıb.
Sionistlər Google-dən ən qısa zamanda şirkətin Vertex xidmətlərinə çıxışı təmin etməyi xahiş ediblər. Müştərilər öz məlumatlarına AI alqoritmlərini tətbiq etmək üçün Vertex-dən istifadə edə bilərlər.
Bu ilin may ayının əvvəlində Google şirkətin əlverişsiz iş şəraitinə və İsraillə hərbi müqavilələrə etiraz edən 50-dən çox əməkdaşını işdən çıxarıb.
Qafqaztimes