Yüzlərlə sionist qəsəbə sakininin Məscidül Əqsaya dünənki girişindən sonra Türkiyə XİN-i bəyanatla bu hadisəni qınadı.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Türkiyə xarici işlər nazirliyi dünən (18 may) bu xüsusda bir bəyanat yayıb. Bəyanatda deyilir:
Qüdsün tarixi vəziyyəti və radikal yəhudilərin Məscidül Əqsaya girişi və polis qüvvələrinin qeyri-qanuni ciddi təhlükəsizlik tədbirləri qəbulolunmaz haldır.
Rəsmi Ankara elan edib: Bir daha İsrail nazirlər kabinetindən bu ekstremist rəftarlara son qoyulmasını tələb edir, bu barədə kəskin tədbirlər görməsini istəyirik.
Xatırladaq ki, dünən 400 sionis qəsəbə sakini polis qüvvələrinin dəstəyi ilə qanuna zidd olaraq Məscidül Əqsaya daxil olaraq müsəlmanları qovmağa çalışaraq orada Bayraq Yürüşü gününü qeyd etməyə cəhd göstəriblər.