ABŞ-ın prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla İsrail və İran arasında baş verən müharibə ilə bağlı telefon danışığı aparıb.
Səudiyyə dövlət xəbər agentliyinin verdiyi məlumata görə, tərəflər “gərginliyin azaldılması və bütün mübahisələrin diplomatik yollarla həllinin vacibliyi” barədə razılığa gəliblər.