ABŞ-ın İrana hücumundan sonra Donald Tramp və Benyamin Netanyahu Qəzza müharibəsini iki həftə ərzində bitirmək barədə razılığa gəliblər.
Birləşmiş Ərəb Əmirlikləri, Misir və daha iki ərəb dövləti Qəzzanı birgə idarə edəcək və HƏMAS-ı əvəz edəcəklər. Qrupun liderləri sürgün olunacaq, girovlar azad ediləcək.
Razılaşmaya genişləndirilmiş İbrahim Razılaşmaları da daxildir: Səudiyyə Ərəbistanı və Suriya Sionist rejimlə əlaqələri normallaşdıracaq, daha çox ərəb dövləti onlara qoşulacaq.
Sionist rejim şərti iki dövlətli həll planını dəstəkləyir, ABŞ isə İordan çayının qərb sahilinin bəzi hissələri üzərində Sionist rejimin suverenliyini tanıyacaq.
Mənbə: Israel Hayom