Tramp bildirib ki, Ukrayna Rusiya ilə müharibədə ABŞ-nin silah və siyasi yardımları qarşılığında öz resurslarını və nadir metallar mədənlərini ABŞ-nin ixtiyarına verməlidir. O, Ukraynanın bu mədənlərdən 500 milyard dollar dəyərində resursu ABŞ-yə verməsini tələb edir ki, bu da ölkənin müharibəni davam etdirməsinə kömək edəcək.
Tramp qeyd edib: “Bəlkə onlar (ukraynalılar) razılaşma imzalayarlar, bəlkə də imzalamazlar. Bəlkə də bir gün onlar rusun olacaqlar.”
Qafqaztimes