Bir neçə saat əvvəl digər mövqedən çıxış edən ABŞ prezidenti İranla nüvə sazişi imzalamağa çağırıb.
Qafqaztimesin “Financial Times” qəzetinə istinadən verdiyi məlumata əsasən, Donald Tramp bu gün (5 fevral) “Sosial Həqiqət” sosial media hesabındakı mesajında ABŞ və İsrail rejiminin “İranı məhv etməyə” hazırlaşması ilə bağlı xəbərlərin şişirdildiyini yazıb.
Tramp bu mesajda prioritetinin İranla sülhsevər nüvə razılaşması olduğunu bildirərək deyib: Biz dərhal bunun üzərində işləməyə başlamalılıyıq. Bu müqavilə imzalandıqdan sonra isə Yaxın Şərqdə böyük bir bayram keçirməliyik.
Qeyd edək ki, Donald Tramp bu gün İsrailin baş naziri Benyamin Netanyahu ilə Vaşinqtonda görüşdən bir saat əvvəl İrana qarşı maksimum təzyiq siyasəti həyata keçirmə barədə fərman imzalayıb.