ABŞ prezidenti Donald Tramp bir daha yaxın bir neçə gün ərzində Qəzzada atəşkəs razılaşmasının elan oluna biləcəyini bildirib.
Qafqaz Times -ın məlumatına görə, Qəzzada atəşkəs təklifinə HƏMAS-ın cavabı ilə bağlı suala cavab verən Tramp deyib: “HƏMAS-ın Qəzzada atəşkəs təklifinə müsbət ruhiyyə ilə cavab verdiyini deməsi sevindiricidir.”
Tramp vurğulayıb: “Ola bilsin, bu həftə Qəzzada atəşkəs razılaşması əldə edilsin.”
HƏMAS bundan əvvəl vasitəçilərə cavabını təqdim etdiyini və bu cavabın müsbət məzmunlu olduğunu açıqlamışdı.
Tramp: Netanyahu ilə İranı müzakirə edəcəyəm
ABŞ prezidenti çıxışının digər hissəsində bildirib: “Bazar ertəsi günü Netanyahuyla Ağ Evdə İran barədə müzakirə və danışıqlar aparacağam.”
Trampın iddiası: İran uranı zənginləşdirməyi dayandırmayıb
Tramp yeni açıqlamasında iddia edib ki, İran İslam Respublikası hələ də nüvə obyektlərində genişmiqyaslı yoxlamalara və ya uranın zənginləşdirilməsini dayandırmağa razılıq verməyib.
Tramp prezident təyyarəsində jurnalistlərlə söhbətində deyib: “İran hələ də heç bir yoxlamaya razı olmayıb və uranın zənginləşdirilməsindən əl çəkməyib… Mənim fikrimcə, İranın nüvə proqramı tamamilə dayandırılıb, amma İranın hansısa başqa məkanda fəaliyyətləri bərpa etməsi ehtimalı var.”