Sionist rejim nazirlər kabineti baş nazir Benyain Netanyahunun BMT baş assambleyasında Türkiyə, Ukrayna, Amerika və Cənubi Koreya prezidentləti ilə görüşəcəyindən xəbər verib.
Əl Aləm telekanalının məlumatına əsasən, sionist rejim NK-sı dünən axşam (14 sentyabr) B.Netanyahu Nyu Yorkda BMT Baş Assambleyasının iclası fasiləsində Co Bayden və digər prezidentlərlə görüşəcəyini elan edib.
BMT Baş Assambleyasının 78-ci sessiyası sentyabrın 19-da Nyu-York şəhərində, BMT-nin mənzil qərargahında öz işinə başlayacaq.
BMT-yə üzv olan 193 ölkədən dövlət və hökumət nümayəndələrinin qatılacağı yüksək səviyyəli həftəyə ənənəvi olaraq sentyabrın 20-də start veriləcək.
Həftə ərzində Davamlı İnkişaf Məqsədləri üzrə fəaliyyətin sürətləndirilməsi, iqlim dəyişikliyi, qlobal istiləşmə, quraqlıq və yeraltı su mənbələrinin tükənməsi, Ukraynadakı müharibə, eləcə də dünyadakı qida çatışmazlığı, enerji böhranı və digər aktual məsələləri müzakirə olunacaq.