QafqazTimes xəbər verir ki, Təl-Əvivdə anti-sionist əməliyyatını həyata keçirən şəhid Rədin atası Fəthi Hazim deyib: “Sosial şəbəkə vasitəsilə oğlumuzun Təl-Əvivdə cihad əməliyyatı keçirdiyi barədə məlumat əldə etdik.”
Tel-Əviv əməliyyatçısı Rəd Hazimin atası həmçinin deyib: “Uzun müddətdən sonra sonuncu dəfə onu iftar süfrəsində gördüm. O, bu gün Yafa məscidində səhər namazını qıldı və oruc ağızla şəhid oldu.”
O, Əl-Məyadin xəbər telekanalına verdiyi müsahibədə belə əlavə edib: “Övladlarımız bu yolu evlərin dağıdılması, qətllər, həbslər və sionistlərin müxtəlif məhdudiyyətlərinə qarşı mübarizə olaraq seçiblər.”
Fəthi Hazim həmçinin deyib: “Biz, övladlarının şəhadətindən sonra sionistlər tərəfindən zülmə və təqibə məruz qalan digər ailələr kimiyik. Biz hazırıq, qaçmayacağıq və səbirliyik. Təzyiq və cinayətlər artdıqca müqavimət əməliyyatları da artacaqdır.”
Fəthi Hazim evinin qarşısında Cenin şəhərinin sakinləri önündə etdiyi çıxışında deyib: “Sizin nəsil və sizin dövrünüz gələcək illərdə zəfərlərin şahidi olacaq və gözləriniz bu dəyişikliyi mütləq görəcəkdir. Siz azadlığa, müstəqilliyə və qələbəyə nail olacaqsınız.”
O, eləcə də Fələstin üçün fədakarlıq edən və işğalçıların Fələstin xalqına qarşı sanksiya təhdidlərinə məhəl qoymayan oğlu Rədlə fəxr etdiyini də bildirib.