QafqazTimes xəbər verir ki, sionist rejimin İqtisadiyyat və Sənaye naziri Orna Baribai bir bəyanatda bu ölkənin Türkiyədəki ticarət attaşesinin cari ilin avqustun 1-dən etibarən yenidən açılacağını elan edib.
“Anadolu” xəbər agentliyinin məlumatına görə, sionist rejimin iqtisadiyyat və sənaye naziri Türkiyənin Təl-Əvivin dördüncü mühüm ticarət tərəfdaşı olduğunu və bu ölkənin dünyanın əsas iqtisadi gücləri arasında 19-cu yeri tuta bildiyini iddia edib.
Baribai açıqlamasında belə deyib: “İqtisadi filial İsrailin ixracına kömək və dəstək verməklə ikitərəfli ticarətin genişlənməsinə mühüm töhfə verir və İsrailin mühüm iqtisadi tərəfdaşı olan Türkiyə ilə iqtisadi əlaqələrin dərinləşdirilməsində və möhkəmləndirilməsində həlledici rol oynayır.”
O, daha sonra əlavə edib: “İqtisadi attaşe üçün ofisin yenidən açılması İsrailin Türkiyə ilə iqtisadi əlaqələri dərinləşdirməyə sadiqliyini göstərir. Biz on ildən (Ankara ilə Təl-Əviv arasında gərgin münasibətlərdən) sonra tezliklə iki ölkə arasında birgə iqtisadi konfrans keçirməyi planlaşdırırıq.”
Sonda o, qeyd edib ki, sionist rejimin ticarət ofisini yenidən açmaq qərarı, təxminən üç il əvvəl, 2019-cu ilin yayında əlaqədar iqtisadi fəaliyyətlərin əhəmiyyətli dərəcədə azaldılmasından sonra verilib. İndi isə bu qərar artıq icra mərhələsindədir.