QafqazTimes xəbər verir ki, sionist rejimin müharibə naziri Benni Qantz bu rejimin həbsxanalarında şəhid olmuş fələstinli əsir Nasir Əbu Həmidin cənazəsinin təhvil verilməməsi barədə göstəriş verib.
Əl-Cəzirə xəbər verir ki, Qantz bu şəhidin cənazəsinin ailəsinə verilməməsini əmr edib.
Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən fələstinli əsir Nasir Əbu Həmid çərşənbə axşamı səhər sionist rejimin onun xəstəliyinin müalicəsinə etinasızlığı ucbatından şəhid olub.
Bu fələstinli əsirin şəhadətindən sonra bütün İordan çayının qərb sahilində fələstinli müqavimət qrupları sionist işğalına qarşı müqaviməti gücləndirməyə çağırıblar.
Fəth hərəkatının hərbi qolu olan “Əl-Əqsa şəhidləri” müqavimət ordusu da fələstinli əsirlərin sionist rejimin həbsxanalarında şəhid olmasına reaksiya olaraq İordan çayının qərb sahilində müqaviməti gücləndirməyə çağırıb.
HƏMAS hərəkatının sözçüsü Hazim Qasim də bu xəbərə reaksiya olaraq, bildirib ki, işğalçıların Əbu Həmidin cənazəsini təhvil verməməsi beynəlxalq qanunların pozulması və bütün insan haqlarının tapdanmasıdır.