“Associated Press” Qəzzədə artan humanitar böhranla əlaqədar BMT Təhlükəsizlik Şurasının bu gün yerli vaxtla günortadan sonra bu bölgədə dərhal, şərtsiz və daimi atəşkəs barədə qətnamə üçün səsvermə keçirəcəyindən xəbər verib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Associated Press bugünkü (4 iyun) sayında yazıb: Təklif qətnamə layihəsi bu prinsiplərə, beynəlxalq humanitar hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq bütün əsas humanitar xidmətlərin bərpasını tələb edir.
ABŞ-ın BMT-dəki nümayəndə heyəti hazırda qətnamə layihəsi ilə bağlı heç bir şərh verməyib. İsrailin BMT-dəki nümayəndəsi də şərh tələblərinə cavab vermədiyib.
Adının açıqlanmasını istəməyən müxtəlif ölkələrdən olan bir neçə BMT diplomatı ABŞ-ın qətnaməyə veto qoyacağını gözlədiklərini bildiriblər.
Xatırladaq ki, Qəzzada 2 milyona yaxın insan demək olar ki, tamamilə beynəlxalq yardımdan asılıdır. Çünki İsrailin hücumu ərazinin bütün ərzaq istehsal potensialını məhv edib. Rejim təxminən 3ç aydır Qəzzaya hərtərəfli blokada tətbiq edərək dərman, ərzaq və digər zəruri malların daxil olmasına icazə vermir.