Suriya XİN-i sionist rejimin Livanın Zahiyə bölgəsinə hücumlarını pisləyərək bu cinayətlərin insanlıqdan uzaq bir rəgtar və vandalizm adlandırıb.
İRNA-nın məlumatına əsasən, Suriyanın xarici işlər nazirliyi bu gün (20 sentyabr) bəyanat yayaraq deyib: Sionist rejim Qəzzə zolağında 42 min nəfərin qanı ilə doymayıb və indi Livana təcavüzlər edir. Bu gün Beyrutun cənub bölgəsi olan Zahiyədə rabitə qurğularını partladaraq dinc insanların həyatını təhlükəyə atır və insanlığa və bəşəriyyətə zidd rəftarlarla beynəlxalq ictimaiyyətdə özünə nifrəti artırır.
Bəyanatda həmçinin deyilir: Livanlı qardaşlarımızı salamlayır, onların təcavüzkar və qorxaq rejim qarşısında möhkəm iradəsinə inanır, müqavimət naminə dəstəyimizi əsirgəmirik.