Amerikalı media siması və sionist rejim tərəfdarı Mark Levin Fox News kanalında bildirib ki, İranda Starlink internetinin təmin edilməsi “bəşəriyyətə xidmətdir”.
O, həmçinin İlon Maskdan Starlink-i aktivləşdirərək İran İslam Respublikasının devrilməsinə yardım etməsini istəyən bir paylaşımı təkrar yayımlayıb. Mask isə bu internetin İranda artıq aktiv olduğunu təsdiqləyib.
