QafqazTimes xəbər verir ki, İran İslam Respublikasının böyük banisi, İmam Xomeyninin vəfatının 33-cü ildönümü ərəfəsində Cənubi Asiya Azad Media Assosiasiyasının koordinatoru və Şri-Lanka Jurnalistika Məktəbinin professoru Taha Mozamil bu böyük şəxsiyyətin ictimai və siyasi həyatı barəsində yazıb.
Taha Mozamil öz yazısında deyib: “Şübhəsiz ki, 1979-1989-cu illər arasında haqqında ən çox danışılan şəxslərdən biri də iranlı Ayətullah Xomeyni olub. Çünki o, o vaxt Fars körfəzi polisi kimi tanınan Məhəmməd Rza şah Pəhləviyə qarşı uğurlu inqilaba rəhbərlik etmişdi.”
O, həmçinin deyib: “Ölkə rəsmilərinin əksəriyyəti İmam Xomeyniyə etimad edirdi, lakin o, İslam üsulları və xalqın iradəsi əsasında respublika idarəetmə sistemini formalaşdırdı.”
Mozamil həmçinin qeyd edib: “Bu qüdrətli hökmdarın bu mühüm və geniş ölkədə yaşam tərzi və şəxsi həyatı adi bir insanın davranışı və həyatı kimi idi. O, adi insanların yeməyini yeyirdi və paltarı ən aşağı qiymətə malik idi. O, hər cür təmtəraqdan uzaq durar, dostlarından, tərəfdarlarından və siyasətçilərdən sadə həyat sürmələrini və İslam təlimlərinə görə cəmiyyətə nümunə olmalarını tələb edirdi.”
Şri Lanka Universitetinin professoru belə əlavə edib: “Pəhləvilər dövründə çoxlu saraylar və qəsrlər tikilmişdii. İmam Xomeyni onlardan birində rahat həyat yaşaya bilərdi, lakin o, onları istəmədi. Evi sadə və təmtəraqsız idi. Onun həyat tərzi sadə və kasıb insanların həyat tərzinə bənzəyirdi. Bir halda ki, o böyük bir dövlətə rəhbərlik edir və dünya liderləri ilə görüşürdü.”