QafqazTimes xəbər verir ki, Fələstinin işğalçı sionist rejiminə qarşı müqavimət əməliyyatlarının genişlənməsi istiqamətində, müqavimət döyüşçüləri İordaniya vadisində 90-cı şossedə sionistləri daşıyan avtobusa atəş açaraq, cihad əməliyyatı həyata keçiriblər.
Bu hücumdan sonra Həmas və İslami Cihad hər biri öz növbəsində bu əməliyyatı təbrik etmişlər. Fəth hərakatı isə müqavimətin Fələstin xalqının əsas yolu olduğunu vurğulayıb.
Vəfa Əmir öz tvitində yazıb: “Onlar hədələdilər, qorxutdular və hazırlıq gördülər, lakin qəfildən bir sillə yedilər, İordaniya vadisində onların avtobusları yenidən hərəkət edən tabutlara çevrildi.”

Əl-Həkim əl-Muhacir adlı başqa bir istifadəçi tvitterdə yazıb: “Fələstinli mücahidlərin hamısı şəhidlik məqamındadırlar, yaxşı bilirlər ki, etdikləri hər əməliyyatın arxasında şəhidlik və ya əsirlik dayanır. Əməliyyatdan sonra düşməndən gizlənmək üçün təhlükəsiz yer yoxdur. Bununla belə, döyüşürlər və heç nədən qorxmurlar.”

Nəsrullah əl-Quleysi deyib: “Fələstin müqavimət döyüşçülərinin İordaniya vadisindəki qəhrəmancasına əməliyyatlarını alqışlayır, Fələstin xalqının özünü müdafiə haqqını dəstəkləyir və Fələstin mücahidlərinə qarşı bütün qınaq və terror ittihamlarını cinayət hesab edirik.
