Livan mediası sionist rejimin bu ölkəyə hücumları nəticəsində dağıntıların təmizlənməsi əməliyyatlarının kölgəsində şəhidlərin sayının artmasına diqqət çəkib.
Qafqaztimesin xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Livan qəzetləri İsrail rejiminin Livan ərazilərindən çəkilməsi və müharibənin davam etdiyi bölgələrdə dağıntıların təmizlənməsi əməliyyatlarına başlaması ilə işğalçıların ölkəyə hücumlarında şəhid olanların sayının 6 minə yaxınlaşdığını bildirib.
Bu statistika İsrail rejiminin Livan kəndlərindən və sərhəd bölgələrindən çəkilməsindən 10 gün sonra açıqlanır. Bu şəhidlərin əhəmiyyətli bir hissəsini mülki şəxslər, yardım işçiləri və həkimlər təşkil edir.