İsrailin radikal milli təhlükəsizlik naziri İtamar Ben Qvir və yüzlərlə fanatik yəhudi İsrail polisinin nəzarəti altında işğal olunmuş Şərqi Qüdsdəki Əl Əqsa məscidinə basqın ediblər.
Təsnim informasiya Agentliyinin məlumatına əsasən, yüzlərlə sionist küçələrdə fələstinliləri ekstremist rəftarları ilə qıcıqlandırmağa cəhd ediblər. Ben Qvir səhər saatlarında lideri olduğu radikal sağçı “Yəhudi Gücü” Partiyasından Nəcəf və Qalileyanın inkişaf naziri Yitzhak Wasserlauf ilə Əqsa Mağara Qapısından daxil olublar.
Qeyd edək ki, bu basqın nazirlər kabinetinin rəsmi icazəsi ilə həyata keçib və basqından sonra fələstinliləri Məscidül əqsaya daxil olmağa icazə verməiblər.
Digər bir xəbərdə deyilir ki, Ben Qvir sosial media hesabında “Bu, İsrail xalqı üçün geri qayıtmalı və suverenliyimizi göstərməli olduğumuz ən vacib məkandır” yazıb.
Yəhudiliyə görə “Məbədin dağıdılmasının ildönümü” kimi tanınan gün səhər saatlarından başlayaraq, yüzlərlə fanatik yəhudi məskunlaşan İsrail polisinin sıx nəzarəti altında Məscidül Əqsaya basqın ediblər.
Həmas sözçüsü Hazim Qasimverdiyi yazılı açıqlamada, “İsrail hökumətindəki nazirlərin Məscidül Əqsaya basqın, İsrailin Qüds və Məscidül-Əqsaya qarşı dini savaşında gərginliyin artması mənasını daşıyır” deyə vurğulayıb.