İşğalçı rejim qüvvələri bu gün səhər saatlarında İordan çayı qərb sahilinin müxtəlif bölgələrində bir neçə mehvərdə qarşıdurma ilə yanaşı hücumlar və həbslər həyata keçirərək təcavüzlərini davam etdirib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, işğalçı qüvvələr bu gün səhər tezdən (25 fevral) Hebronun cənubundakı “Əl-Fəvvar” düşərgəsinə basqın edərək, həbslər həyata keçirib.
Məlumata görə, işğalçı qüvvələr evlərə basqın edərək düşərgəni dağıtdıqdan sonra bir neçə azad edilmiş məhbus da daxil olmaqla 6 nəfəri həbs edib. İşğalçı qüvvələr “Əl-Maqvisi”, “Əl-Taiti”, Qasim və “Əl-Vad” məhəllələrində Əl-Abadlah, Əbu Rəbi, Əl-Avadi və Əhməru ailələrinin evlərinə basqın edərək, evləri dağıdıb, vətəndaşların ev əşyalarına ciddi zərər vurub.
Bu həbslər arasında azad edilmiş “Firas Atbais”, “Hüseyn Atbais”, “Mahmud Məhamməd Abu Vərda”, “Əhmad Atiya Əbu Vərda”, “Vəəd Camal Əl-Bədavi” adlı fələstinli məhbuslar və “Məhəmməd Səid Əl-Abudlah” adlı gəncin olduğu bildirilir.
Digər tərəfdən, İsrail ordusunun Əl-Favvar düşərgəsinə hücumu ilə eyni vaxtda işğalçı helikopterlər Hebron əyaləti üzərində aşağı hündürlükdə uçaraq cənub bölgəsinə hücum edib.