Minlərlə sionist bir daha genişmiqyaslı mitinqlərin davamında baş nazirin Həmasla girov mübadiləsi razılaşmasını imzalamasını tələb edir.
İRNA-nın məlumatına əsasən, Hertzelya sionist qəsəbə sakinləri dünən gecə (13 sentyabr) küçələrə axışaraq bu tələblə Benyamin Netanyahu əleyhinə şüarlar səsləndirib girovların öldürülməsində şəxsən onu təqsirkar biliblər.
Məlumata görə sionist rejimin Qəzzəyə intensiv bombardmanları nəticəsində həlak olan 6 sionist girovun ölümündən sonra israillilər həmişəkindən çox baş nazir və onun kabinetini günahlandırır və mitinqlərin şiddəti daha da artır.
Digər tərəfdən Benyamin Netanyahu Qəzzədə atəşkəs qarşılığında girovların azadlığı məsələsi ilə kəskin müxalifəti israilliləri daha da qəzəbləndirib. Belə ki, Netanyahu kabineti Qəzzə zolağını bombardman etməklə girovların da həyatını təhlükəyə atır və fələstinlilərin soyqırımı siyasəti ilə onların da ölümünə səbəb olur.