Sionist rejim 12-ci telekanalının apardığı sorğuya əsasən, İsrail əhalisinin 50%-i daxili müharibənin başlayacağından nigarandır.
İRNA-nın məlumatına əsasən, bundan əvvəl sionist rejimin 4 hərbi-təhlükəsizlik rəsmisi Netanyahunun İsrail üçün böyük bir təhlükə olduğunu iddia edərək Knessetin bu xüsusda fövqəladə tədbirlərin zərurətindən danışmışdı.
Daha əvvəl isə sionist medialar İsrailin yüksək rütbəli rəsmiləri arasında dərin konfliktlər səbəbinə Əl Əqsa Tufanı əməliyyatında yetərsizlik üzündən ciddi problemlərin mövcudluğundan xəbər vermişdilər.
Ekspertlərin fikrincə Qəzzə müharibəsindən əvvəl xalq etirazları, partiyalarası münaqişlər, Netanyahunun şəxsi mənafeyini güdməsi, korrupsiya halları, Livanla müharibə, Yəmən müqavimətinin Fələstin xalqına dəstəyi və nəhayət Həmas lideri İsmail Həniyyənin terroru, nəzərə alaraq, sionist rejimdə daxili müharibə qorxusu yeni bir hadisə hesab olunmur.