Sionist rejim Qəzzə zolağına qurudan və havadan artilleriya hücumlarını şiddətləndirib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, işğalçı rejimin yenidən Qəzzəyə hücumlarının 74-ci günündə Əl Cəzirə telekanalı bu gün (31 may) sionist rejimin Qəzzənin cənubundakı Xan Yunus şəhərinə hücumunda 2 fələstinli şəhid olub.
Məlumata görə sionist rejim hərbçilərinin Rəfəhin cənubunda humanitar yardım mərkəzinə atəş açması ilə də 2 fələstinli şəhid olub və onlarla nəfər yaralanıb.
Digər tərəfdən, Qəzzənin mərkəzində Deyrəl Bələh şəhərinin cənub-şərqində də sionist ordusu fələstinliləri havadan və qurudan atəşə tutub.
Əl Cəzirə müxbiri Xan Yunus şəhərinin şimal-şərqindəki Əl Qərarə qəsəbəsində işğalçı ordunun hücumları nəticəsində bir sıra yaşayış evlərinin xarabalığa çevrildiyini də qeyd edib.