Livan KİV-ləri sionist rejim ordusunun ölkənin cənub bölgələrinə hücumlarından xəbər verirlər.
İRNA-nın məlumatına əsasən, dünən gecə (13 sentyabr) işğalçı rejim qırıcıları Kəfər Roman və Əl Nəbtiyyə bölgəsinə intensiv hücumlar edib.
Məlumata görə hücumlar nəticəsində şiddətli partlayış səsləri eşidilib. Amma sionist rejim mediaları bu hücumların səbəbini Hizbullahın işğal olunmuş Fələstindəki hərbi düşərgələrə təcavüzündən sonra edildiyini deyirlər.
Hizbullah bəyanat yayaraq işğalçı ordunun hərbi düşərgələrini darmadağın etdiklərini, bildirib.
Digər bir xəbərdə İsrail Müharibə Ordusu mətbuat xidməti Livandan ölkə ərazisinə 5 raketin atıldığını, raketlərin bir hissəsinin vurulduğunu, qalanlarının isə yaşayış olmayan əraziyə düşdüyünü elan edib. Atəş nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.