Sionsit rejim hərbçiləri Qəzzədə fəaliyyət göstərən Associated Press müxbirinin canlı yayım texniki avadanlığını müsadirə ediblər.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Associated Press bu gün (21 may) bəyanat yayaraq elan edib ki, İsrail ordusunun hərbçiləri ezam olunmuş müxbirinin çəkdiyi film və şəkillərlə birlikdə canlı yayım üçün lazım olan avadanlıqları müsadirə edib.
İsrail müxalifətinin lideri Yair Lapid bu məsələyə münasibət bildirərək dünya miqyasında birinci sözü deyən Associated Pressə qarşı belə bir rəftar kommunikasiya nazirimizin dəliliyindən irəli gəldiyini qeyd edib.
Lapid daha sonra deyib: Bu müxbir Əl Cəzirə müxbiri deyil, 53 beynəlxalq mükafata layiq Amerika mediası olan Associated Pressdir. Tel Əviv sanki bütün dünyanın nifrətini qazanmağa çalışır.