Sionist rejimin radikal təhlükəsizlik naziri İtamar Ben Qvir keçmiş müharibə naziri Moşe Yalunu müxalifətə dəstək verdiyini bəhanə edərək ondan şikayət edib.
Əl Aləm telekanalının məlumatına əsasən. Ben Qvir tweeter hesabında yazıb: Haqqımda yalanlar uydurduğuna görə Knessetin məğlub olmuş keçmiş nümayəndəsi Moşe Yalundan şikayət etdim.
Ben Qvir daha sonra yazıb: Yalun Knessetin ona verdiyi toxunulmazlığını saxlaya biləcəyini sanırsa, çox yanılıb.
Qvir Yaluna xitabət yazıb: Yalanlara qarşı sükut dövrü başa çatdığı üçün məhkəmədə səni görəcəyik.
Sionist medialarının məlumatına əsasən, Ben Qvir şikayətində Yalundan 200 min şekel təzminat istəyib. Deyilənlərə görə Yalun haqqında həqiqətə uyğun olmayan yalanlar danışaraq Qvirin şəxsiyyətinə mənəvi zərbə vurub.
Xatırladaq ki, bu məsələ Ben Qvirin nazirlər kabinetində ilk qalmaqalı deyil. Həmçinin Heridilərin büdcə məsələsinin də bu şikayətə təsiri var.