Sionist rejim daxili təhlükəsizlik şurasının keçmiş rəisi Qəzzə müharibəsində tamamilə məğlubiyyətə uğradıqlarını deyib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Giora İland bu gün (13 fevral) deyib: Müharibənin nəticələrinə baxarkən məğlubiyyət açıq-aşkar müşahidə olunur və hərbi uğurun dəyərləndirlilməsinin siyasi çıxışlarla heç bir əlaqəsi yoxdur. Giora İland İsrailin müharibə uğurlarının iki əsas prinsipə, məqsədlərə çatmaq və iradə tətbiqi olduğunu qeyd edərək bir daha etiraf edib: İsrail məqsədlərinə çatmadı və qarşı tərəfə iradə tətbiqi prinsipində isə Qəzzədə hakim güc olan Həmas son razılaşmalarda İsrail tərəfinə öz şərtini qoya bildi.