Sionist medialar işğalçı ordunun əsirləri azad etmək üçün hazırladıqları planın puça çıxmasından xəbər verir.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, bu uğursuz əməliyyatda 4 hərbçi yaralanıb və onlardan üçünün vəziyyəti ağırdır.
Bundan əvvəl də sionist medialar Qəzzənin cənubunda 6 hərbçinin yaralanmasından xəbər vermişdi.
Xatırladaq ki, İsrail ordusu son zamanlar müqavimətin onlara vurduğu zərbələri ört-basdır etmək üçün “çətin təhlükəsizlik hadisəsi” adı altında bu xəbərləri elan edir.