Beynəlxalq ictimaiyyətin Qəzzə müharibəsinin davam etdiyindən narahatlığına rəğmən, sionist rejimin maliyyə naziri bu müharibənin davam edəcəyi, Qəzzənin işğal olunacağı və heç bir vəchlə geri çəkilməyəcəklərindən xəbər verib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Bezazel Smotriç bu gün (5 may) deyib Təkcə Qəzzəni işğal etməklə kifayətlənməyəcəyik. Hətta ehtimal olunan əsir mübadiləsi razılaşması olarsa belə, zolaqdan geri çəkilməyəcəyik.
Smotriç əlavə edib^ İşğal sözündən qorxmaq lazım deyil. Biz Qəzzəni işğal edəcək və orada qalcağıq.
Radikal sionist nazir həmçinin Həmasın humanitar yardımlar ala bilməməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini, istənilən tibbi, ərzaq və yanacaq kimi vasitələrin fələstinlilərə çatdırlmasına mane olacaqlarını da vurğulayıb.