İbridilli medialar İranın işğal olunmuş ərazilərdə kəşfiyyat fəaliyyətlərinin dərinləşdiyi və hətta müharibə nazirinin evinin içinə qədər daxil olduğundan yazırlar.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, sionist rejimin 12-ci telekanalı dünən axşam (20 may) deyib: İranın təhlükəsizlik xidmətləri İsrailin içinə dərindən nüfuz edib və bu təsirin dərinliyi hər keçən gün daha aydın görünür. Belə ki, müharibə başlayandan bu günə kimi 34 israilli İran üçün kəşfiyyat fəaliyyəti ittihamı ilə 19 müxtəlif casusluq işi üzrə həbs edilib.
Məlumata görə, İsrailin daxili təhlükəsizlik xidməti Şin Bet və polis birgə əməliyyat zamanı iki gənc israillini İrana casusluq etməkdə şübhəli bilinərək saxlayıb. Roy Mizrahi və Almog Atias adlı şübhəlilər müharibə naziri İsrail Katzın yaşadığı Kefar Hashem kəndində məlumat toplayarkən tutulublar. Təhlükəsizlik bölmələri şübhəlilərin İran tərəfindən idarə olunduğunu açıqlayıb və nazirin iqamətgahına gedən yola kameralar yerləşdirməyə cəhd ediblər.
Məlumata görə, araşdırmanı Şin Betin Yasabal bölməsi və polisin Lahav 433 saylı ağır və beynəlxalq cinayətlər bölməsi aparıb.
Məlum olub ki, Roy Mizrahi İran agentləri tərəfindən cinsi partnyor mübadiləsi saytı vasitəsilə müəyyən edilib, ciddi qumar borcu var və buna görə də evdən işləyə biləcəyi iş təklifinə açıqdır. Mizrahi operatorla qadın bot hesabı vasitəsilə əlaqə saxlayıb.