Sionist rejim mediaları bir ABŞ rəsmisinə istinadən Qəzzədə atəşkəs barədə Qahirədə keçirilən müzakirələrdə irəliləyişlərdən xəbər verirlər.
İRNA-nın məlumatına əsasən, Misir prezidenti ilə görüşüb danışıqlar aparan CİA rəhbəri Villiam Bernz Dohaya gedib.
Həmçinin ABŞ prezidenti Co Baydenin müşaviri Bert Mc.Gork Tel Əvivə səfər edəcək.
Bundan əvvəl də Misir mediaları ABŞ rəsmisinin prezident Əl Sisi ilə görüşündə Qəzzədə atəşkəs barədə danışıqların inkişafından, prezidentin Qəzzədə hərbi əməliyyatların davamı və dünya ictimaiyyətinin bu müharibənin dayandırılması barədə təkid etdiyini xəbər vermişdilər.