ABŞ prezidentinin müşaviri sionist medialarla müsahibəsində Donald Trampın Ağ Evdə yerləşdikdən sonra başda Qətər olmaqla bütün Həmas dəstəkçilərindən intiqam alacağını deyib.
Qafqaztimesin xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Mayk Vens dünən gecə (21 yanvar) İsrailin News 24 telekanalı ilə müsahibəsində prezident Trampın ilk işinin İordan çayı qərb sahilinin bəzi bölgələrini İsrailə verilməsi və Səudiyyə Ərəbistanı ilə saziş bağlayacağından xəbər verərək deyib: Donald Tramp Əsir mübadiləsi bitdikdən sonra ABŞ Həması dəstəkləyən bütün ölkələrdən, hətta Qətərdən belə intiqam alaraq cəzalandıracağını deyib.
Vensin sözlərinə görə, Həmas-İsrail razılaşması icrasının 2-ci raundunda qüsurlar olarsa, Tramp İsrailə Həmasa məhdudiyyətsiz və ağır zərbələr endirmə icazəsini verəcək. Amma işlər qaydasında olarsa, əsir mübadiləsindən sonra başda Qətər olmaqla, Həması dəstəkləyənlərə sanksiya tətbiq olunacaq.