Sionist rejim cənub bölgələrinin keçmiş komandanı baş nazirin Qəzzə müharibəsini naməlum zamana qədər davam etdirmək istəyindən danşıb.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Dan Harel deyib: İsrail Qəzzə zolağında dalana dirənib və Netanyahu hələ də girovların azadlığı barədə heç nə düşünmür. 10 ay ərzində vasitəçilərin iştirakı ilə 12 müzakirə boşa çıxıb.
Dan Harel həmçinin sionist rejim hərbçilərinin İordan çayı qərb sahilinə geniş miqyaslı hücumlarını unudaraq bu bölgədə terrorizmin baş alıb getdiyini iddia edib.