Sionist rejimin bir siyasi təhlilçisi Netanyahu kabinetinin hərbi işlərdən başı çıxmamasını qeyd edərək onların müharibəni bitirmək üçün heç bir çıxış yolu tapa bilməmələrini tənqid edib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Yediot Aharanot qəzetinin siyasi təhlilçisi bu gün (13 may) yazıb: Vaşinqtonun Həmasla birbaşa danışıqlara girib razılaşma əldə etməsi Amerikanın İsrailə olan etimadsızlığından irəli gəlir və onların amerikalı əsir mübadiləsinə qədər gəlib çatan müzakirələri Tel Əvivi təhqir etmək mənasını daşıyır.
Ran Ben Yaşay həmçinin yazıb: İsraildən xəbərsiz şəkildə Aidan Aleksandrın azad edilməsi üçün Həmas və ABŞ arasında aparılan birbaşa danışıqların Həmas üçün açıq üstünlükləri var. Çünki ABŞ ilə danışıqlarda birbaşa iştirakçı olmaq imkanı qazanır. Bu, Həmasa daha çox legitimlik və hətta İsrailin maraqlarına zərər vurmaq bahasına olsa belə, birbaşa ABŞ hökuməti ilə əlaqədə olmaq imkanı verir.
Sionist analitik əlavə edib: İsrailin Amerika vətəndaşlığına malik Aydan Aleksandrın azad edilməsi üçün danışıqlarda iştirak etməməsi ABŞ hökumətinin İsrail Nazirlər Kabinetinə etimadsızlığını göstərir. Lakin İsrail mediasında və ictimai rəydə ABŞ-ın artıq İsraili hesab etmədiyinə dair hiddətlər də şişirdilmişdir. Əslində, demək olar ki, ABŞ-ın Təl-Əvivin xəbəri olmadan Həmasla birbaşa danışıqlara getməsi gözlənilməz addımdır. Amma bu, əsirlərin mübadiləsi ilə bağlı dalana dirənmiş danışıqları canlandırmaq və Qəzzada müharibədən sonrakı gün üçün düstur əldə etmək imkanını da təmin edir.