Fələstin Alimlər Assambeleyasının koordinatoru Əl Əqsa Tufanı əməliyyatının Qəzzədə zalıma qarşı bir dirçəliş olduğunu, dünya xalqları üzərində xüsusi bir təsir göstərdiyini qeyd edərək bu əməliyyatdan sonra beynəlxalq aləmin qəflət yuxusundan oyandığını vurğulayıb.
Əl Aləm telekanalının məlumatına əsasən, Kərbəlada Ərbəin yürüşündə iştirak edən Şeyx Abdullah Kətəmtu deyib: Bütün dünyada İsrail ordusunun yenilməz bir ordu olduğunu təsəvvür edənlərin gözü açıldı və onları qəflət yuxusundan oyatdı. Bu gün təkcə ərəb dünyası deyil, bütüm bəşəriyyətin oyanış günüdür.
Ərbəin yürüşündə müxtəlif xalq və din nümayəndələrinin iştirakını diqqət mərkəzinə çəkən Şeyx Kətəmtu əlavə edib: İnsanların bu yürüşdə müsəlmanların ilk qibləsi olan Məscidül Əqsanın təsviri qarşısında dayanıb göz yaşları tökməsi çox qəribə bir hadisədir və məncə bu, Əl Əqsa Tufanı əməliyyatının insanlarda oyatdığı ttəssüratın nəticəsidir.
