QafqazTimes xəbər verir ki, Şeyx Əkrəmə Səbri deyib: “Müsəlmanların vəzifəsi budur ki, Peyğəmbərin (s) hicrətinin ildönümündən Məscidül-Əqsada namaz qılmaq, etikaf etmək, dua və zikr məclislərində iştirak etmək və Məhəmməd peyğəmbərin (s) hicrətilə bağlı dərs məclislərində iştirak etmək üçün istifadə etsinlər.”
Məscidül-Əqsa xətibi həmçinin qeyd edib: “Ötən hicri-qəməri ilində biz Məscidül-Əqsaya mühacirlərin hücumunun gücləndiyinin şahidi olduq ki, onlar öz təlmud ayinlərini onun pak və müqəddəs həyətlərində yerinə yetirməyə cəhd etdilər və bir neçə dəfə onun qapılarını müsəlman ibadət edənlərin üzünə bağladılar. Məscidül-Əqsa ətrafını və altını Qüdsün işğalçı rejiminin razılığı və məskunlaşma birliklərinin dəstəyi ilə qazdılar.”
Şeyx Səbri bu münasibətlə ərəb və islam ölkələrini bu müqəddəs məscidin müdafiəsi, onu qarşıda duran təhlükələrdən qorumaq, dini müqəddəsləri müdafiə etmək və sionist rejimin işğalından azad etmək üçün öz səylərini gücləndirməyə çağırıb.
Məscidül-Əqsanın imamı həmçinin İslam dininə və Allah Rəsuluna (s) qarşı aparılan kampaniyaların qarşısının alınmasının vacibliyini vurğulayıb.
O, əlavə edib ki, biz çalışmalıyıq ki, o Peyğəmbərin sünnətini dünyanın ucqar guşələrində canlandıraq və İslam təlimlərini işıqlandıraq.
Məscidül-Əqsa xətibi bildirib ki, İslamın prinsipləri Qərbdə əskik olan mötədillik, ədalət, dözümlülük və insanlığa hörmət üzərində qurulub.