QafqazTimes xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu sionist rejimin “Məscidül-Əqsaya qəddar və cinayətkar hücumunu” qəti şəkildə pisləyən bəyanatda yeni bir intifazənin yaranması və gənc Fələstin nəslinin müqavimət və mübarizəsini sionistlər və onların regiondakı havadarları üçün kabus adlandırıb.
Əl-Aləm-in İslam İnqilabı Keşikçiləri Korpusunun ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, bəyanatın bir hissəsində deyilir: “Mömin mücahidlərin və qeyrətli fələstinli gənclərinin, xüsusən də bu rejimin paytaxtında keçirdikləri son cihad əməliyyatlarından sonra sionist rejimin Məscidül-Əqsaya qarşı təcavüzü və yeni cinayətləri şiddətlənib ki, bu da sionistlərin yeni bir intifazənin yaranması və Fələstin xalqının mübarizəsinin Fələstin gəncləri və yeniyetmələri kontekstində dərinləşməsi, anti-sionist müqavimətin imkan və potensialının artması qorxusunu göstərir.”
Bəyanatda əlavə edilib: “Sionist rejimin hərbi və təhlükəsizlik qüvvələri tərəfindən hərbi texnika yerləşdirməklə, döyüşçülərə və müdafiəsiz dindarlara vəhşicəsinə hücum etməklə baş verən müsəlmanların müqəddəs dəyərlərinin təhqir olunması və mübarək Ramazan ayında Məscidül-Əqsaya hücum edilməsi nəticəsində 150-dən çox insan yaralandı ki, bu addım uğursuzluğa məhkumdur və bu günlərdə baş tutan mücahidlərin qəhrəmancasına və alovlu qiyamına heç bir təsir etməyəcək, əksinə sionistləri daha çox kabuslar və daha ciddi sınaqlarla qarşı-qarşıya qoyacaqdır.”
Bəyanatda beynəlxalq ictimaiyyətin Fələstində baş verən hadisələrə, Qüdsü qəsb edənlərin Məscidül-Əqsa və digər işğal olunmuş ərazilərdə törətdikləri cinayətlərə reaksiya verməsinin vacibliyi vurğulanıb: “Şübhəsiz ki, bu addımın və təhlükəli fitnənin aqibəti İslam ölkələrində sükut edənlərdən, eləcə də beynəlxalq forumlarda insan haqları iddiaçılarından yan keçməyəcək və dünya ictimaiyyətinin rəyində onlar ciddi şəkildə cəzalandırılacaqlar.”