“Biz uzunmüddətli və genişmiqyaslı bir müharibəyə tam hazırıq. Bütün ehtimalları nəzərə almışıq və istənilən şəraitə uyğunlaşmaq üçün hazırlıqlıyıq.
Raket ehtiyatlarımızın guya tükənməsi sadəcə bir zarafatdır — biz raket imkanlarımızdan hələ strateji baxımdan yetərincə istifadə etməmişik. Zəruri hesab etdiyimiz anda, yeni nəsil raketlərin yalnız bir hissəsini təşkil etdiyi müasir avadanlıqlarımızı döyüş meydanına çıxaracağıq.
Müharibənin uzanması bizi narahat etmir və qarşıdakı günlərdə dünya İranın döyüş sahəsinə hansı yenilikləri gətirdiyini görəcək.
Hər keçən gün cəbhədə vəziyyət müharibənin bütün aspektlərində bizim xeyrimizə dəyişəcək və biz digər imkanlarımızdan da istifadə edə bilərik.
Əllərimiz sionist rejimi peşman etməyə hazırdır və yaxın gələcəkdə hər kəs İran silahlı qüvvələrinin müxtəlif sahələrdə hansı gücə və imkanlara sahib olduğunu görəcək.”