Cihad Hərəkatının hərbi qanadının komandirlərindən biri, Qəzzadakı müxalifət döyüşçüləri tərəfindən həyata keçirilən ölümcül kombinə əməliyyatda 40 İsrail hərbçisinin öldüyünü və ya yaralandığını təsdiqləyib.
“Şucaiyə əməliyyatı” komandiri bu barədə məlumat verərək bildirib ki, müqavimət döyüşçüləri əvvəlcədən planlaşdırılmış bir komanda əməliyyatı ilə İsrail hərbçilərini Şucaiyənin şərqindəki bir pusuya salıblar.
Müqavimət komandiri düşmən hərbçilərinin bu əməliyyatda özlərinin təcavüz və reaksiya imkanlarını itirdiyini, sadəcə qaçmağa və qışqırmağa başladığını, amma müqavimət döyüşçülərinə atəş açmadığını vurğulayıb.
O, əlavə edib ki, onlar düşmənin hərbçilərinin və zabitlərinin yanmış cəsədlərini gördülər, lakin düşmən hər zaman olduğu kimi yalan söyləyərək, itkilərini və zərərlərini gizlətməyə davam edir.
Komandir, əməliyyat zamanı təxminən 40 İsrail hərbçisi və zabitini hədəfə aldıqlarını və Allahın izni ilə bu işğalçıların öldüyünü və ya yaralandığını bildirib.
O, həmçinin qeyd edib ki, bu kombinə əməliyyatı, xalqımızın hər an ölüm, qatliam və qaçqınlıq yaşadığı bir vəziyyətdə, düşmənin də bizim yaşadığımız faciəni dadmalı olduğu inancımıza uyğun olaraq həyata keçirilib.