Sionist rejimin Kan televiziyası ŞABAK sədrinin sionist və fələstinli əsirlərin mübadiləsi barədə Misir təhlükəsizlik xidməti tərəfindən hazırlanmış yeni planları araşdırdığından xəbər verib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Kan televiziyası bu gün (21 oktyabr) elan edib: ŞABAK sədri Ronin Bar Misirə səfərindən sonra Qahirə təhlükəsizlik orqanının hazırladığı “əsir mübadiləsi” layihəsini İsrail kəşfiyyat dairələrinin diqqətinə çatdırdı.
Məlumata görə bu planın ilkin mərhələsində İsrail və Fələstin həbsxanalarında olan məhbuslar məhdud sayda mübadilə ediləcək. Bu plan isə Misir tərəfindən təqdim edilib. Deyilənlərə görə, Qəzzə müharibəsində bir neçə gün atəşkəs elan edildikdən sonra sionist girovlarla fələstinli əsirlər dəyişditiləcək.