QafqazTimes xəbər verir ki, Expo Dubai beynəlxalq sərgisi çərşənbə günü fövqəladə səbəblərə görə şou tədbirlərindən birini ləğv etdiyini elan edərək, bunu “tədbirlər üçün mühüm yenilənmə” adlandırıb.
Sərginin rəsmi Twitter səhifəsində elan edilib: “Təəssüf ki, fövqəladə hallara görə yanvarın 30-da, Dubay Expo 2020-də bir musiqi qrupu tərəfindən keçirilməli olan “Kairouki” şousu təxirə salınacaq. Şounun yeni vaxtı tezliklə kiberməkanda səhifələrimiz vasitəsilə elan olunacaqdır”.
Ləğv edilmənin dəqiq səbəbini açıqlamadan sərgi belə əlavə edib: “Bəzən Dubay Expo 2020 zamanı planlaşdırılan bəzi tədbirlər və şouların müxtəlif səbəblərdən ləğv edilməsi və ya təxirə salınması mümkündür.”
Sərginin bu elanı Yəmən Silahlı Qüvvələrinin nümayəndəsinin üstüörtülü mesajından cəmi bir gün sonra verilib.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri öz Twitter hesabında “Expo” həştəqindən istifadə edərək, Dubay Expo 2020 sərgisinə işarə edərək yazıb: “[Döyüşdə] siz itirə bilərsiniz… Məkanı dəyişdirməyi tövsiyə edirik »