Suriya Parlament nümayəndəsi: Müqavimət şəhid Süleymani ənənəsindən ilhamlanır
Suriya Parlamenti nəzdində Dostluq Komitəsinin başçısı deyib: General Süleymaninin bu ölkədə terrorizm və ifratçı qruplarla mübarizədəki aktiv rolu danılmazdır.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Lusi Eskenian deyib: Düşmənlər general Süleymanini şəhid etməklə hər şeyin bitdiyini düşünməməlidirlər. Əslində onun mübarizə ruhiyyəsinin təsirləri hələ də davam etməkdədir. O, özündən sonra islam və ərəb dünyasında müqavimətin simvolunu yadigar qoymuşdur.
Lusi Eskenian Fars Xəbər Agentliyi ilə müsahibəsində vurğulayıb: İnsan dili və qələmi şəhid Qasim Süleymani haqda danışmaq və yazmaqda acizdir. Hətta ordu rəhbərlərindən olan “Aviyo Kuxafi” kimi düşmən sionist rejim başçıları belə şəhid Süleymaninin Suriyadakı planları səbəbinə görə fiyaskoya uğradıqlarını iqrar edirlər.
Suriya Parlamenti Dostluq Komitəsinin sədri həmçinin əlavə edib: General Süleymaninin Suriyada terrorizm və ifratçı qruplarla mübarizəki rolu danılmazdır. O, insanlarda terrorizmlə mübarizə ruhunu oyatdı.
Lusi Eskenian müsahibənin davamında qeyd edib: General Qasim Süleymaninin Türkiyədən Suriyaya daxil olan müxtəlif millətli terroristlər tərəfindən ibadətgah, kilsələr və dini-məzhəbi simvolları məhv edən manelərini unutmamaq lazımdır. Qətərin keçmiş xarici işlər naziri Həmd Bin Casim Bin Cəbr Ali-Sani müsahibələrinin birində Suriyanın məhv edilməsi üçün 135 milyard dollarlıq büdcə təyin edildiyini deyərək Suriyanı “şikar yemi” adlandırmışdı.
Suriya Parlamenti Dostluq Komitəsinin sədri general Süleymaninin şəhid olması ilə İraq, Suriya, Livan və Fələstin xalqlarının müqavimətinin nəinki sona çatdığını, əslində daha da güclənməsinin yeganə amili hesab edərək vurğulayıb: Amerika Birləşmiş Ştatları İranla müzakirələrdə şəhid Qasim Süleymaninin intiqamından vaz keçməsini istəmişdi. Bu istəyin özü ABŞ-ın cinayətkar olduğunu qəbul etməsi deməkdir. Çünki Amerika İranın general Süleymani qətlinin amillərini və bu planı cızanlardan intiqam almasından qorxur. Elə bu cəhətdən də general Qasim Süleymaninin terroru ilə hər şeyin başa çatdığını təsəvvür etmək olmaz. Çünki şəhid generalın müqavimət əhval-ruhiyyəsi öz təsirini buraxıb və bu təsirlər davam etməkdədir. Ona görə ki, Qasim Süleymani mübarizəsi ərəb dünyasında və islam cəmiyyətlərində əsanəvi iz buraxıb.
Lusi Eskenyan Seyid Həsən Nəsrullahın sionnist rejimin məhvinə dair “tezliklə qüdsdə namaz qılacağıq” sözlərinə münasibət bildirərək deyib: Şübhəsiz, işğalçı rejim süquta doğru yönəlib və məhv olmaqdadır. Bu məsələni Livan və Fələstinin müqavimət rəhbərliyi də təsdiqləyirlər. Regionun gələcəyi heç də sionist rejim və onun müttəfiqlərinin təsəvvür etdiyi kimi olmayacaq. Yəqin ki, ötən ilin sentyabr ayında müqavimət dəstələrinin su sərhədləri xəritəsində necə dəyişiklər etdiyini, öz mövqeyini sionsit rejim və Amerikaya qəbul etdirməsinin şahidi oldunuz. Bəlkə bu məsələ məhz elə sırf Livan müqavimətinin iqtidarlı mövqeyindən və sionist rejimin zəifliyindən irəli gəlirdi. Suriya Parlamentinin bu nümayəndəsi həmçinin müsahibənin sonunda deyib: Şəhid Qasim Süleymani gələcək nəsillər üçün sönməz bir işıqdır