Əl Əqsa məscidinin xətibi sionist qəsəbə sakinlərinin bu məscidə soxulmalarını müsəlmanların emosiyaları ilə oynamaq kimi dəyərləndirib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Əkrəmə Səbri dünən (4 sentyabr) deyib: Sionistlərin Əl Əqsa məscidinə hücumları getdikcə çoxalır. Bu isə müsəlmanların etiqad bəslədiyi müqəddəslərə hörmətsizlik və bir növ onları qıcıqlandırmaq üçün ekstremist rəftarlardır.
Səbri Əkrəmə əlavə edib: Ötən günlərdə radikal sionist nazir İtamar Ben Qvir ölkə siyasətinə əsasən, bizim Məbəd dağında (Əl Əqsa məscidində) ibadət etməyə icazələrinin olduğunu, orada sinaqoq tikmək istədiyini demişdi. Amma onun bu sözləri batil iddiadan başqa bir şey deyil.
Səbri Əkrəmə sonda vurğlayıb: Netanyahu kabinetinin sağçı radikal partiyaları və nazirlər kabineti Əl Əqsa məscidinə hakim kəsilmənin zamanı olduğunu sanırlar. Amma indi bunun vaxtı deyil!