
İyunun 5-6-da Bakıda Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşkonun iştirakı ilə Rusiyanın Qərbi və Şimali Avropa ölkələrindəki səfirlərinin regional müşavirəsi keçirilib.
Bildirilib ki, müşavirədə Avropa regionundakı vəziyyət, müasir çağırışlar və təhdidlər kontekstində, eləcə də Rusiyaya qarşı aparılan hibrid müharibə kontekstində Avropa ölkələri ilə ikitərəfli münasibətlərin vəziyyəti ətraflı təhlil edilib. Müzakirə olunan məsələlərin geniş spektri üzrə gələcək üçün tövsiyələr formalaşdırılıb.