QafqazTimes xəbər verir ki, Vaşinqtonun Suriyada müqavimət qruplarının Amerika əsgərlərinə qarşı fəaliyyəti ilə bağlı iddialarından sonra Rusiya ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriyanın şimalında təxribat xarakterli hərəkətlərini ortaya çıxarıb.
Suriyada münaqişə edən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin müavini admiral Oleq Qurinov cümə günü axşam saatlarında Amerika işğalçı qüvvələrinin Suriyanın şimalında yerləşən Əl-Həsəkə əyalətində təxribat xarakterli hərəkətlər etdiyini bildirib.
Qurinov “Tass” xəbər agentliyinə müsahibəsində belə izah edib: “Əl-Həsəkə əyalətində Amerika silahlı qüvvələrinin bölmələrinin təxribat xarakterli hərəkətləri qeydə alınıb. Rusiya və Türkiyənin birgə patrulları zamanı iki antiterror koalisiyasının patrulunun hərəkəti müəyyən edilməmiş marşrutlarda izlənilib.
O, Rusiyanın amerikalıların təxribatçı hərəkətlərinə rəsmi etirazını bildirdiyini deyərək, belə əlavə edib: “Qərb alyansı tərəfindən münaqişənin həlli ilə bağlı razılaşmaların pozulması Rusiyanın regionda səyləri nəticəsində əldə olunan balansı təhlükə altına atır və hadisələrin gedişatına mənfi təsir göstərir.”
Bu rusiyalı rəsmisi daha sonra bildirib ki, son 24 saat ərzində İdlibin deeskalasiya bölgəsində Cəbhətun-Nusrə terror qrupları və İslam Türküstan Partiyasının Suriyadakı mövqelərindən 4 atəş hadisəsi qeydə alınıb.
“Tass” xəbər verir ki, Qurinov onu da əlavə edib ki, terrorçu snayperlərin hökumət qüvvələrini atəşə tutması nəticəsində bir Suriya əsgəri yaralanıb.
1 şərh
ZkSync Free Airdrop Crypto: Your Guide to Free Coins in 2023, EARN MORE THAN $1000! https://youtu.be/o1JvjQA-s-M