Rusiya XİN başçısı ABŞ hökumətinin Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri kimi Fələstinin tanınmaması üçün veto hüququndan istifadə edəcəyindən xəbər verib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Sergey Lavrov dünən (16 sentyabr) Sputniklə müsahibəsində deyib: Amerika Rusiya və TŞ-nin digər üzvlərinin Fələstin barədə təqdim etdiyi təkliflər əsasında tənzimlənmiş qətnaməyə veto qoydu.
Qeyd edək ki, Fələstinlilərin səyi nəticəsində Təhlükəlilik Şurasının 15 üzvündən 8-i (Rusiya, Çin, Hindistan, Cənubi Afrika, Braziliya, Livan, Nigeriya və Qabon) Fələstinin BMT tərəfindən dövlət olaraq tanınmasına razılıq verib. 9-cu ölkənin kim olacağı isə hələlik məlum deyil. Bu, Bosniya-Herseqovina və ya Kolumbiya ola bilər. Hər iki ölkənin nümayəndələri ilə fələstinlilər arasında danışıqlar davam etdirilir.