Dünya katoliklərinin rəhbəri Qurani Kərimə qarşı hörmətsizliyə kəskin reaksiya verərək bildirib: Quranı yandırmaq vəhşilikdir.
Əl Aləm telekanalının məlumatına əsasən, Roma Papası Fransisk Stokholmda “Quran”ın yandırılmasından hiddətləndiyini və belə hərəkətlərə nifrət etdiyini bildirib.
Roma Papası bu barədə Argentina İslam Fondundakı dini məsələlər üzrə nümayəndəsi höccətül islam Əbdül Kərim Pazın məktubuna cavabında bu məsələdən çox hiddətləndiyini, belə rəftarlara nifrət duyduğunu və bunun insani bir rəftar olmadığını vurğulayaraq yazıb: İnsanların müqəddəs hesab etdiyi istənilən kitaba dindarlara hörmət baxımından ehtiramla yanaşmaq lazımdır. Belə hallar insani münasibətlətə mane və ziyandır.
Xatırladaq ki, Ayətullah Sistani də bu gün (2 avqust) Roma Papası Fransiskin ona ünvanladığı məktubuna cavabında yazıb: Dünyada yaşayan məzlumların müdafiə edilməsinin zəruriliyi ilə bağlı fikrinizi bölüşürəm və qeyd edirəm ki, dünyanın şərqində və qərbində bir çox yerlərdə bir çox xalqların, etnik və sosial qrupların üzləşdiyi faciələr onlara qarşı tətbiq edilən fikri və dini təqiblərin və əsas azadlıqların boğulmasının nəticəsidir və sosial ədalətin olmaması – fikir və ya əqidə baxımından onlarla fərqli olan digərlərinə hücum etməkdən çəkinməyən bəzi ekstremist hərəkatların yaranmasında rol oynayır.