Ukrayna prezidentinin Ağ Evdə Tramp və onun müavini Pens tərəfindən alçaldılması xəbəri yayıldıqdan sonra bəzi şəxslər bu hadisəni İslam İnqilabı Rəhbərinin «Amerikanın öz müttəfiqlərinə dəstəyinin bir ilğım olduğu» ilə bağlı «proqnozunun» gerçəkləşməsi kimi qiymətləndirdilər.
Lakin İran parlamentinin spikeri bugünkü çıxışında Rəhbərin üç il əvvəlki bu ifadələri üçün «ifşa» ifadəsini istifadə etdi.
Qalibaf öz çıxışında “məxmər əlcək altında dəmir əl” ifadəsindən də istifadə etdi. Bu ifadəni Rəhbər son 22 ildir Amerikaya aid istifadə edir və bu, «ifşa» ilə məna uyğunluğu daşıyır.
Ayətullah Xameneyinin Amerikaya qarşı mövqeyi ifşadır, proqnoz yox. Və onun amerikalılarla danışıqlara mane olması proqnoza əsaslanmır, sadəcə o düzgün görüb, dərk edir.
Qafqaztimes